"Münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumlar hələ də ikili standartları davam etdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır". Bu fikirləri "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, biz bu istiqamətdə həm Avropa İttifaqınından, həm də digər beynəlxalq qurumlarda qətiyyərli mövqe gözləyirik. Onun sözlərinə görə, Avropa İttifaqı bu münaqişənin həll olunmasında rolu və bu gün münaqişənin həllində daha yaxından fəaliyyət göstərməsi zəruridir.
"Beynəlxalq qurumlar ikili standartlara son qoymalıdır. Münaqişənin konstruktiv həll olunması və 1 milyon məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasının zəruridir"- deyə, B.Səfərov vurğulayıb.
yap.org.az