PDF Oxu

Siyasət

  • 16

"Vahid namizəd müxalifətin irsi xəstəliyidir"

"Vahid namizəd müxalifətin irsi xəstəliyidir"

Kənar qütblərin diqtəsi ilə yaranmış olan qondarma "Milli Şura" müxalifətin boynuna keçirilmiş yeni buxovdur. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon şöbəsinin sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu günə qədər müxalifətin qatılmış olduğu bütün seçki prosesləri öncəsi yaratmış olduğu qondarma təşkilat və birliklər onların arxivində var idi: "Müxalifətin arxivində "İctimai palata", "EL" hərəkatı və digər adlarla yaranmış qondarma birliklər ola-ola Rüstəm İbrahimbəyovun, qeyri-milli birisinin "Milli Şura" adı altında nə məqsəd güdməsi də hər kəsə bəllidir. Bəlli olmayan odur ki, 20 ildən artıqdır ki müxalifət heç bir birlik formatında vahid namizəd məsələsini həll edə bilməyib. Necə ola bilər ki, indiki halda onlar 20 illik hirslərini bir R.İbrahimbəyova qurban verələr. Bu absurd məsələdir. Vahid namizəd məsələsi müxalifətin irsi xəstəliyidir ki, bunu R.İbrahimbəyov kimi naşı bir adamın həll etməsi mümkün deyil. Ona görə də son günlər qondarma şura dı ətrafında vahid namizəd məsələsi ilə bağlı aparılan danışıqlar yersizdir və əlavə onların özləri üçün baş ağrısıdır".

sia.az

Digər xəbərlər