PDF Oxu

Siyasət

  • 18

Litvanın fəal gəncləri Dağlıq Qarabağ icmasında

Litvanın fəal gəncləri Dağlıq Qarabağ icmasında

Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Litvanın hakim partiyası olan Sosial Demokrat partiyasının Gənclər Təşkilatının sədri Ramunas Burokas, Litva Tələbə Birliyinin sədri Paulius Baltokas və Dünya Litva Assosiasiyasının Litva üzrə nümayəndəsi Ieva Davidenko ilə İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov və İcmanın əməkdaşları arasında görüş keçirilib. SİA-ya verilən məlumata görə, ilk öncə qonaqları salamlayan İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti, problemin dinc vasitələrlə nizama salınması prosesində Azərbaycan dövlətinin mövqeyi, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi və s. məsələlər haqqında geniş məlumat verib.

Litvalı qonaqlar isə öz növbələrində bu münaqişənin tez bir zamanda və beynəlxalq hüququn prinsipləri əsasında həll olunacağına əmin olduqlarını bildiriblər. Sosial Demokrat partiyasının Gənclər Təşkilatının sədri Ramunas Burokas bildirib ki, Litva bu il Avropa Birliyinə sədrlik edəcək və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət töhvə verəcək.

Qeyd edək ki, daha sonra görüş qarşılıqlı sual-cavablar və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

sia.az

Digər xəbərlər