İyunun 20-də Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və "Friedrich Ebert Stiftung" Fondunun Mərkəzi Asiya üzrə regional ofisinin birgə təşkilatçılığı ilə "Xəzər və Mərkəzi Asiya regionlarında müasir təhlükəsizlik və əməkdaşlıq problemləri" XI İllik Almatı konfransı keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən AzərTAc-a verilən məlumata görə, konfransda ölkəmizi Mərkəzin xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Azad Qəribov təmsil edəcəkdir.
AzərTAc