PDF Oxu

Siyasət

  • 22

Azərbaycan Prezidenti Rumıniyanın baş nazirini qəbul edib

Azərbaycan Prezidenti Rumıniyanın baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Baş naziri Viktor Pontanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı görüş zamanı Azərbaycanla Rumıniya arasında fəal əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. İki ölkə arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev özəl sektorda yaxşı əməkdaşlığın yaradılması, həmçinin iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib. Dövlət başçısı Rumıniyanın Baş naziri Viktor Pontanın Azərbaycana səfərinin uğurla inkişaf edən əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib. İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Rumıniyanın Baş naziri Viktor Ponta ölkəsinin Avropa İttifaqında Azərbaycanın ən yaxın dostlarından biri olaraq qalmaqda davam edəcəyini qeyd edib. Azərbaycan Prezidentinin Rumıniyaya, Rumıniya Prezidentinin isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan Baş nazir ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində siyasi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin də əhəmiyyətini qeyd edib. Görüşdə birgə layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər