Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən gənclərin "Yay məktəbi"nin Masallı turu başlayıb.
SİA-nın məlumatına görə, artıq partiyanın qarşısında toplaşan gənclər avtobusla Masallıya istiqamət alıb.
Qeyd edək ki, "Yay məktəbi"ndə iştirak etmək üçün respublikamızın müxtəlif bölgələrindən Masallı rayonuna toplaşacaq gənclər ictimai-siyasi mövzulara aid müzakirələr aparacaq, "dəyirmi masa"lar təşkil edəcək.
"Yay məktəbi"nin bu mərhələsinə Milli Məclisin deputatı Sevinc Hüseynova rəhbərlik edəcək.
sia.az