PDF Oxu

Siyasət

  • 23

ATƏT Parlament Assambleyasının toplantısında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin hesabatı müzakirəyə çıxarılmışdır

ATƏT Parlament Assambleyasının toplantısında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin hesabatı müzakirəyə çıxarılmışdır

ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci illik toplantısında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin hesabatı müzakirəyə çıxarılmışdır.

Müzakirələrdə Azərbaycanın nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək demişdir ki, 1999-cu ildə keçirilən ATƏT-in İstanbul sammitində təhlükəsizlik memarlığı baxımından olduqca önəmli olmuşdur. Lakin bir çox məsələlər hələ də öz müsbət həllini tapmamış qalır. Bu məsələlərdən biri də, regionda uzun sürən münaqişələrdir: Moldovada Transdniestrian, Gürcüstanda Abxaziya və Cənubi Osetiya və əlbətdəki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi.

Təəssüflər olsun ki, 21 illik danışıqlara baxmayaraq, ATƏT-in Minsk qrupu bu məsələ barədə heç bir uğur əldə edə bilməmişdir və münaqişə hələ də çözülməmiş qalır.

A. Quliyev ondan əvvəl çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradovanın təklifini dəstəklədiyini və hmsədrlərin sülh danışıqlarında heç bir irəliləyişə nail olmadıqlarını nəzərə alaraq, ATƏT-in Minsk qrupunun tam tərkibdə çağırılmasını təklif etmişdir.

Bildirilmişdir ki, 11 üzv ölkənin birgə iclası problemin hərtərəfli və birdəfəlik həllinin tapılması prosesinin dinamikası baxımından faydalı olacaqdır.

Minsk konfransında bir neçə suala cavab tapmalıyıq: nə üçün danışıqlar nəticəsiz qalıb? Biz problemi sülh yolu ilə necə həll edə bilərik? Başlıca maneələr nələrdir? Biz Minsk qrupunun formatı barədə yenidənmi fikirləşməliyik? Bizim başqa ölkələri də bu prosesə cəlb etməyə ehtiyacımız varmı? Və yaxud, biz qrupun mandatını gücləndirməliyikmi? Biz gərək bu suallara cavab tapaq.

Milli Məclisin deputatı erməni nümayəndə heyətinin həmsədr ölkələrinin G8 forumunda qəbul etdiyi bəyanatla əlaqədar səsləndirdiyi fikirlərə münasibət bildirərək qeyd etmişdir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç ölkənin prezidentləri son bəyanatlarında mövcud status-kvonun qəbul edilməz olduğunu bildirmişlər. Mövcud status-kvo dəyişdirilməlidir. Bunun dəyişməsi üçün ilk növbədə Azərbaycanın torpaqları Ermənistanın işğalından azad edilməlidir.

yap.org.az

Digər xəbərlər