PDF Oxu

Siyasət

  • 18

Şahin Seyidzadə: Bir çox ölkələr Azərbaycanda dövlət gənclər siyasətinin inkişaf modelini regionun ən uğurlu modellərindən biri hesab edirlər

Şahin Seyidzadə: Bir çox ölkələr Azərbaycanda dövlət gənclər siyasətinin inkişaf modelini regionun ən uğurlu modellərindən biri hesab edirlər

"Bir çox ölkələr Azərbaycanda dövlət gənclər siyasətinin inkişaf modelini regionun ən uğurlu modellərindən biri hesab edirlər". Bu fikri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib.

Ş.Seyidzadə bildirib ki, ölkənin ən böyük gənclər platforması olan ARGTMŞ Avropa Gənclər Forumu, Pan-Afrika Gənclər Birliyi, MDB ölkələrinin gənclərlə iş üzrə komitəsi, Şərq Tərəfdaşlığı ölkələri, GUAM ölkələrinin və digər bu kimi beynəlxalq gənclər platformaların müxtəlif tədbirlər, layihələr və proqramlarda iştirak edərək, bir sıra ölkələrin ictimai və dövlət sektorunu təmsil edən nümayəndələrinin çıxışlarının şahidi olur.

Regionun müxtəlif ölkələrinin gənclər siyasətini müqayisə edən Ş.Seyidzadə müşahidələrində Azərbaycanda keçirilən gənclər siyasətinin regionun ən effektiv gənclər siyasəti olduğu qənaətinə gəlib.

"Bu günlərdə, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Polşa, Belarus, Moldova, Almaniya, Avstriya və Belçika ölkələrini təmsil edən müxtəlif ekspertlər, dövlət və ictimai sektordan olan nümayəndələrin iştirakı ilə təşkil olunan Şərq tərəfdaşlığı programının yeni layihəsinin təqdimatı zamanı, həm plenar iclaslarda, həm də işçi qruplarda dəfələrlə Azərbaycanda dövlət gənclər siyasətinin inkişaf modeli uğurlu bir model kimi qeyd olunub. Əgər illər əvvəl öz ölkəmizi təmsil edən nümayəndələr ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edirdilərsə, artıq bir çox ölkələr özləri Azərbaycan gənclər siyasətinin inkişaf modelini regionun ən uğurlu modellərindən biri olduğunu vurğulayırlar. Sözsüz heç nə ideal deyil, amma müqayisə etdikdə, həqiqətən ölkəmizin bu sahədə hansı uğurlara imza atdığını görürük"- deyə, Ş.Seyidzadə qeyd edib.

yap.org.az

Digər xəbərlər