PDF Oxu

Siyasət

  • 29

Ziyad Səmədzadə: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi mükəmməl hazırlanıb

Ziyad Səmədzadə: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi mükəmməl hazırlanıb

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyir. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, sənəddə həmçinin, yoxlayıcı orqanların vəzifələri və məsuliyyəti, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər müəyyən edilir. Onun sözlərinə görə, qanun layihsinə Milli Məclisdə birinci oxunuşda baxılıb, layihədə yoxlamaların qaydaları ilə bağlı bəzi məqamlara aydınlıq gətirilərək bir sıra dəyişikliklər edilib.

"Ümumiyyətlə, qanun layihəsi mükəmməl tərtib olunub. Sənəd sahibkarların hüququnun müdafiəsinə yönəlmiş, onların fəaliyyətini yersiz yoxlamalar və müdaxilələrdən qorumağa xidmət edəcək bir qanundur"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər