PDF Oxu

Siyasət

  • 19

Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin növbəti yay sessiyası keçirilir

Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin növbəti yay sessiyası keçirilir

İyulun 1-də Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) yay sessiyası öz işinə başlamışdır.

NİSA-nın fəaliyyətinin 10 illiyinə təsadüf edən builki yay sessiyası "2014-cü ildən sonra Əfqanıstan" mövzusuna həsr olunmuşdur.

Tədbirdə Azərbaycan ilə yanaşı, Pakistan, Rumıniya, Rusiya, Tacikistan və Ukraynadan 40-dək tələbə, gənc alim iştirak edir.

Tədbirdə çıxış edən NİSA-nın direktoru Hüseyn Pənahov bildirmişdir ki, sessiyanın məqsədi Əfqanıstanın 2014-cü ildən sonra qarşılaşa biləcəyi problemlərə, ölkənin gələcək inkişafı üçün yaranacaq imkanlara, regional və beynəlxalq əməkdaşlıq strategiyalarına dair fikir mübadiləsi aparmaqdır.

Sessiya iyulun 5-dək davam edəcəkdir.

yap.org.az

Digər xəbərlər