PDF Oxu

Siyasət

  • 16

Azay Quliyev: Uzun sürən münaqişələrin sülh yolu ilə həlli regionumuzun gələcək tərəqqisi üçün həyati əhəmiyyət daşıyır

Azay Quliyev: Uzun sürən münaqişələrin sülh yolu ilə həlli regionumuzun gələcək tərəqqisi üçün həyati əhəmiyyət daşıyır

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini illərdir ki, müzakirə edirik. Təəssüflər olsun ki, 21 illik danışıqlara baxmayaraq, Minsk qrupu hələ də bu məsələ barədə heç bir uğur əldə edə bilməyib və münaqişə hələ də çözülməmiş qalır. Ona görə də, Minsk konfransının çağırılması zəruridir". Bu fikirləri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, 11 üzv ölkənin birgə iclası problemin hərtərəfli və birdəfəlik həllinin tapılması prosesinin dinamikası baxımından faydalı olar. Onun sözlərinə görə, uzun sürən münaqişələrin sülh yolu ilə həlli regionumuzun gələcək tərəqqisi üçün həyati əhəmiyyət daşıyır.

"Minsk konfransında bir neçə suala cavab tapmalıyıq: nə üçün danışıqlar nəticəsiz qalıb? Biz problemi sülh yolu ilə necə həll edə bilərik? Başlıca maneələr nələrdir? Biz Minsk Qrupunun formatı barədə yenidənmi fikirləşməliyik? Bizim başqa ölkələri də bu prosesə cəlb etməyə ehtiyacımız varmı? Və yaxud, biz Qrupun mandatını gücləndirməliyikmi? Həmsədr ölkələrin prezidentləri son bəyanatlarında mövcud status kvonun qəbul edilməz olduğunu bildiriblər. Biz də razıyıq ki, mövcud status kvo dəyişdirilməlidir. Bunun dəyişməsi üçün ilk növbədə Azərbaycanın torpaqları Ermənistanın işğalından azad edilməlidir"- deyə, A.Quliyev qeyd edib.

yap.org.az

Digər xəbərlər