Bu il ərzində ölkəmizdə İKT sahəsində yeni xidmətlərdən istifadə, yeni ərazilərin telefonlaşdırılması gözlənilir. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
İ.Məmmədov yeniliklərin tətbiqi üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Nazir müavini mobil texnologiyalar sahəsində ölkədə tətbiq olunan yeniliklərə də toxunaraq bildirib ki, 4G texnologiyalarının tətbiqi "Azercell" tərəfindən həyata keçirilir və yaxında digər operatorlar da tətbiq edəcək.
yap.org.az