"Azərbaycanda elə gənclər yetişir ki, dünyada informasiya kommunikasiya texnologiyaları sahəsində öz sözünü deyəcək". Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. İ.Babayev bildirib ki, mobil texnologiyaların inkişafı gənclərdə sahibkarlığın inkişafına töhfə verəcək. Onun sözlərinə görə, hazırda gənclərimiz hər bir sahə üzrə yüksək bilikli mütəxəssislər kimi formalaşırlar.
"Azərbaycanda yüksək intellektli gənclər ordusu formalaşıb. Dövlətimiz gəncliyin inkişafı üçün bütün zəruri addımları atmaqdadır. Dövlətin gənclər siyasəti öz uğurlu nəticələrini verməkdədir. Bu gün ölkəmizin inkişafı prosesində də gənc nəsil öz töhfələrini verir"- deyə, nazir müavini qeyd edib.
yap.org.az