İyulun 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) BMT-nin Uşaq Fondunun (UNİCEF) Nyu-Yorkdakı Baş Qərargahının proqram bölümü rəhbərinin müavini xanım Susana Sottoli ilə görüş keçirilmişdir.
Tədbirdə AQUPDK ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, bu il UNİCEF-in Azərbaycan nümayəndəliyinin fəaliyyətə başlamasının 20 illiyi tamam olur.
Görüşdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord iştirak etmişdir.
AzərTAc