PDF Oxu

Siyasət

  • 18

Laçınlı gənclərlə görüş keçirilmişdir

Laçınlı gənclərlə görüş keçirilmişdir

Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində yaşayan laçınlı gənclərlə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin iştirakından söhbət açılmışdır.

Görüşdə çıxış edən gənclər dövlətimizin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən razılıqlarını bildirmiş və onlara göstərilən etimadı şərəflə doğruldacaqlarını, Vətənimizin tərəqqisi naminə səylərini əsirgəməyəcəklərini bildirmişlər. Çıxışlarda Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə olunmuşdur.

AzərTAc

Digər xəbərlər