PDF Oxu

Siyasət

  • 23

Mübariz Qurbanlı: Biz Rüstəm İbrahimbəyovu seçkilərdə ciddi rəqib kimi qəbul etmirik

Mübariz Qurbanlı: Biz Rüstəm İbrahimbəyovu seçkilərdə ciddi rəqib kimi qəbul etmirik

"Biz "Milli şura"nın vahid namizədi Rüstəm İbrahimbəyovu seçkilərdə ciddi rəqib kimi qəbul etmirik". Bu fikri mətbuata açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, YAP istənilən namizədlə raqəbət aparıb seçkilərdə qalib gəlmək əzmindədir: "Şübhəsiz ki, seçkilərdə bizim namizədimiz böyük səsçoxluğu ilə qalib gələcək. Buna heç kəsin şübhəsi olmasın. Biz namizəd olacaq Rüstəm İbrahimbəyovla digər şəxslər arasında heç bir fərq qoymuruq. Onların potensialına qiymət vermək istəməzdim. Öz potensialımız isə göz önündədir".

R.İbrahimbəyovun həbs olunma və qeydiyyata alınma ehtimallarına gəlincə, M.Qurbanlı qeyd edib ki, bu məsələ müvafiq qurumların səlahiyyətinə daxildir. Hər bir dövlət qurumunun öz vəzifəsi olduğunu deyən YAP İcra katibinin müavini bildirib ki, hər bir qurum öz səlahiyyəti çərçivəsində fəaliyyət göstərir.

"İndidən bəzi müxalifətçilər bədgümanlıqlarını ifadə eləməyə başlayıblar. Bilirlər ki, seçkilərdə uduzacaqlar"- deyə, M.Qurbanlı vurğulayıb.

yap.org.az

Digər xəbərlər