"Uşaq hüquqlarının təmin edilməsi və onların problemlərinin həlli məsələsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
H.Hüseynova bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Onun sözlərinə görə, son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olub.
"Ölkədə uşaq hüquqları ilə bağlı qanunvericilik aktlarının qəbul olunub, BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşuq"- deyə, H.Hüseynova vurğulayıb. Bu il UNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümünün tamam olduğunu deyən komitə sədri, bu sahədə həyaya keçirilən layihələrin, əldə olunan nailiyyətlərin əhəmiyyətini qeyd edib.
yap.org.az