İyulun 3-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KBİSİ) birgə təşkilatçılığı ilə V Koreya Respublikası - Mərkəzi Asiya beynəlxalq seminarı işə başlamışdır.
"Mərkəzi Asiya və Azərbaycanda iqtisadi islahatlar və açıq iqtisadi siyasət: Koreya Respublikası - Mərkəzi Asiya - Azərbaycan iqtisadi əməkdaşlığını gücləndirmək üçün atılan addımlar" mövzusunda keçirilən seminarda azərbaycanlı və koreyalı alimlərlə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan nümayəndələr iştirak edirlər.
Tədbirin açılışında SAM-ın direktoru Fərhad Məmmədov, Koreya Respublikası Milli Assambleyasının üzvü Hwang Jin Han, bu ölkənin respublikamızdakı səfiri Çoi Suk-İn və KBİSİ-nin nümayəndəsi Jeong Yeo Cheon məruzələrlə çıxış etmişlər.
Seminar "Mərkəzi Asiya ölkələrinin sənaye şaxələndirilməsi strategiyası və iqtisadi inkişaf üçün tədbirlər", "Mərkəzi Asiya ölkələrinin açıq iqtisadi siyasəti və Koreya Respublikası - Mərkəzi Asiya - Azərbaycan əməkdaşlığına dair tədbirlər" mövzularında müzakirələrlə davam etmişdir.
yap.org.az