PDF Oxu

Siyasət

  • 25

Astanada keçirilmiş forumda Mərkəzi Asiya ölkələrində dözümlülük, inteqrasiya, regional təhlükəsizlik məsələləri müzakirə olunmuşdur

Astanada keçirilmiş forumda Mərkəzi Asiya ölkələrində dözümlülük, inteqrasiya, regional təhlükəsizlik məsələləri müzakirə olunmuşdur

Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dözümlülük məsələləri üzrə forumu keçirilmişdir.

Qazaxıstan parlamenti üzvlərinin, teoloq alimlərin, Avropa və MDB təmsilçilərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin, ictimai xadimlərin və jurnalistlərin iştirak etdikləri forumda Mərkəzi Asiya ölkələrində dözümlülük, inteqrasiya, regional təhlükəsizlik məsələləri müzakirə olunmuşdur.

Forum çərçivəsində Qazaxıstan Xalqları Assambleyasının xətti ilə ölkədə 15 dildə çap olunan 36 respublika və regional KİV-in sərgisi də nümayiş etdirilmişdir.

Bişkekdəki "Turkel" Fondunun prezidenti Hökumə Xəlilova, Almatıda nəşr olunan "Vətən" qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli gördükləri işlər haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, indiyədək ayda iki dəfə işıq üzü görən "Vətən" qəzeti bundan sonra həftədə bir dəfə qazax, rus və Azərbaycan dillərində çap olunacaqdır. Qəzet artıq dördüncü dəfədir ki, tenderdə qalib gəlir və Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin vəsaiti hesabına dərc edilir.

R.Məşədihəsənli "Altın körpü" jurnalının nəşri haqqında da danışmış, bu jurnalın Orta Asiya respublikalarında və Azərbaycanda pulsuz yayıldığını diqqətə çatdırmışdır.

AzərTAc

Digər xəbərlər