PDF Oxu

Siyasət

  • 24

"Vahid namizəd" onsuz da müxalifəti böləcəkdi

"Vahid namizəd" onsuz da müxalifəti böləcəkdi

Qondarma "milli şura" müxalifətin adından müxalifətə və siyasətə heç bir aidiyyatı olmayan bir şəxsi "vahid namizəd" kimi göstərməyə cəhd edib. Bu müxalifətin 20 illik uğursuzluğunun bir göstəricisi, açıq nümunəsidir. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, politoloq Aydın Hüseynov deyib.

Politoloq bildirib ki, siyasətlə məşğul olmağa bir əyləncə və qazanc prizmasından baxandan sonda Rüstəm İbrahimbəyov təbii ki, müxalifətin vahid namizədi olacaqdı: "Maraqlı görünən odur ki, bu proses də şərti olaraq baş verdi və lazımi situasiyada Müsavat başqanı R.İbrahimbəyova "sən Bakıya gələməyəcəksənsə heç vahid namizəd olma" mesajını göndərdi. Əslində bu İ.Qəmbərin "vahid namizəd məsələsində güzəştə getmərəm" deməsi idi. O "Müsavat Partiyasının da öz namizədi olacaq" deməklə prosesə iki mövqedən yanaşmanı ortaya qoydu. Bu isə qondarma qeyri-milli şuranın uzun müddətdir vahid namizəd adı ətrafında yaratdığı şounun sonu idi. Bəlkə də seçkiyə qədər müəyyən birlik formatı göstərə biləcək müxalifət bu yanaşmalardan sonra tamamilə dağınıq və pərakəndə halda prosesə qoşulmaq ehtimalı ilə fəaliyyət göstərəcək".

sia.az

Digər xəbərlər