Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsində vətəndaşları qəbul edəcək. DSX-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 18-də saat 10:00-da başlayacaq qəbulda Xudatla yanaşı Xaçmaz, Qusar və Şabran rayon sakinləri də iştirak edəcəklər.Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyulun 16-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.Qeydiyyat üçün (012) 498-01-55 və (012) 498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
sia.az