PDF Oxu

Siyasət

  • 21

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Masallıda təşkil etdiyi “Yay məktəbi” işini davam etdirir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Masallıda təşkil etdiyi “Yay məktəbi” işini davam etdirir

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Masallıda gənc siyasətçilər üçün təşkil etdiyi "Yay məktəbi" işini davam etdirir.

Qurumun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Yay məktəbi"ndə "Gənclərin seçki hazırlığı - seçki prosesi" mövzusunda təqdimat keçirilmişdir. Təqdimatda Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP-ın məsul əməkdaşı Rafael Gülməmmədov, partiya fəalları Zəkiyyə Musayeva, Ramil Vəlibəyov ölkənin inkişafında və tərəqqisində seçkinin rolu barədə fikir mübadiləsi aparmışlar.

Bildirilmişdir ki, hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyini, şəffaflığını, dünya standartlarına uyğun keçirilməsini təmin etmək üçün mühüm addımlar atılır. Daim yeniliyə, müasirliyə maraq göstərən Azərbaycan dövlətinin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə çalışması da seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu təsdiqləyir.

Təqdimatda gənclərin seçki proseslərində fəallığı geniş müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, yeniliyi yüksək dəyərləndirən Azərbaycan gəncləri seçkilərin yüksək fəallıq şəraitində keçməsi üçün ciddi səylər göstərir, ən layiqli namizədin qələbəsini təmin etmək üçün öz seçki hüquqlarından səmərəli istifadə edərək ona dəstək olurlar.

Təqdimatda çıxış edən gənclər Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, onun yenidən prezident seçilməsinə dəstək olacaqlarını bildirmişlər.

Eyni zamanda, "Yay məktəbi"nin iştirakçıları Masallı Rayon Tarix Diyarşünaslıq Muzeyində və İmamzadə ziyarətgahında olmuşlar.

Sonra gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə müxtəlif növ idman yarışları da təşkil olunmuşdur.

"Yay məktəbi"nin birinci turu iyulun 6-dək davam edəcəkdir.

AzərTAc

Digər xəbərlər