PDF Oxu

Siyasət

  • 33

Novruz Məmmədov: "Həmsədrlərin bəyanatları qətnamələrə istinad etmir"

Novruz Məmmədov: "Həmsədrlərin bəyanatları qətnamələrə istinad etmir"

"Proseslərin bu şəkildə davamı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə olan ümidləri tükədir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və onların nümayəndələrinin münaqişənin həlli ilə birbaşa məşğul olması bu məsələnin digər çərçivədə müzakirəsini qeyri-mümkün edir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Londonda "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" mövzusunda keçirdiyi konfransda çıxışı zamanı bildirib.

PA rəsmisinin sözlərinə görə, münaqişənin həlli ilə məşğul olan həmsədr ölkələrin nümayəndələri bu günə kimi heç bir irəliləyiş əldə etməyib: "Bundan əlavə, həmsədrlərin bəyanatları beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinə istinad etmir. Bu, müzakirələrin gedişi ilə bağlı narahatlıq yaradır".

Novruz Məmmədov çıxışında xatırladıb ki, Azərbaycan ərazisinin 20 %-i - Dağlıq Qarabağ və ona bitişik 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində etnik təmizləmə siyasəti həyata keçirilib. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün olub. Münaqişənin həlli istiqamətində 20 ildən artıqdır atılan addımlar heç bir nəticə vermir".

sia.az

Digər xəbərlər