Millət vəkili Azay Quliyevin ATƏT-in parlament Assambleyasının büro üzvü, siyasi və təhlükəsizlik məsələləri üzrə komitə sədrinin müavini seçilməsi Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilir. QHT Əməkdaşlıq Alyansından SİA-ya verilən məlumata görə, belə bir mötəbər beynəlxalq təşkilatda Azərbaycan millət vəkilinin təmsil olunması ölkəmiz üçün olduqca zəruri və vacib hesab edilir: "Millət vəkili Azay Quliyev Azərbaycan vətəndaş cəmiyyətinin lideridir. Uzun illərdir ki, o, müxtəlif beynəlxalq strukturlarda vətəndaş cəmiyyətini millət vəkili olaraq layiqincə təmsil edir. Məhz bu fəaliyyəti və Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir ki, bu gün millət vəkili Azay Quliyev ATƏT-in mötəbər rəhbər strukturlarına seçilib".
Qeyd edək ki, verilən məlumatda həmçinin bildirilib ki, millət vəkili Azay Quliyevin ictimai və siyasi təcrübəsi imkan verəcək ki, ATƏT kimi nüfuzlu bir beynəlxalq qurumda ölkəmizin haqq səsi dünya ictimaiyyətinə layiqincə çatdırılsın. Tam əminliklə deyə bilərik ki, ATƏT-də Azərbaycanın səsi bundan sonra daha çox eşidiləcək.
sia.az