"Misirdəki hökumətin dini sistem yaratmaq cəhdləri ilə razılaşmayan qüvvələr "Müsəlman Qardaşları" hərəkatı və Məhəmməd Mursini devirdilər. Hesab edirəm ki, Misirdə baş verən hadisələrin başlıca səbəbləri bununla bağlıdır". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Misirdə baş verən hadisələri şərh edərkən deyib.
Millət vəkili hesab edir ki, Misirdəki hadisələrlə bağlı xarici ölkə amilindən danışmaq düzgün deyil: "Misirdə yüz minlərlə insan öz ölkəsinin inkişafına görə ayağa qalxmışdı. Baş verən hadisələr ölkəni xaos vəziyyətinə gətirib çıxarıb. Hesab edirəm ki, Misirin inkişafı üçün bu ölkədə sabitliyin yaradılması vacibdir. Hansısa bir xarici qüvvənin çox milyonlu ölkədə belə bir xaos yaradacağına inanmıram".
sia.az