PDF Oxu

Siyasət

  • 41

Azərbaycan XİN: “70-ə qədər vətəndaşımız Misirdən çıxarılıb”

Azərbaycan XİN: “70-ə qədər vətəndaşımız Misirdən çıxarılıb”

"Misirdə baş verən hərbi çevrilişdən sonra Azərbaycanın bu ölkədəki səfirliyində çalışanların ailə üzvləri və 70-ə qədər vətəndaşımız adıçəkilən ölkədən çıxarılıb". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

XİN sözçüsü bildirib ki, hazırda Azərbaycanın Misirdəki səfirliyi normal vəziyyətdə fəaliyyətini davam etdirir.E.Abdullayev Azərbaycan vətəndaşlarını təhlükəsizlikləri naminə bu ölkəyə səfər etməməyə və iğtişaş yerlərindən uzaq olmağa çağırıb.

sia.az

Digər xəbərlər