PDF Oxu

Siyasət

  • 22

“Biz gənclər ölkə rəhbərliyinin siyasətini tam dəstəkləyirik”

“Biz gənclər ölkə rəhbərliyinin siyasətini tam dəstəkləyirik”

"Gənclər üçün Prezident Mükafatının təsis edilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclərə dövlət dəstəyi siyasətinin tərkib hissəsidir". Bunu SİA-ya Sumqayıt şəhər YAP Gənclər Birliyinin sədri Elmar Məmmədov deyib.

Elmar Məmmədovun sözlərinə görə, hər bir ölkənin xoşbəxt gələcəyi onun gəncliyinin sağlam yetişməsindən asılıdır: "Gənclər cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Azərbaycan dövləti də gələcək üçün prioritet məsələ olan sağlam gəncliyin formalaşması istiqamətində mütərəqqi addımlar atır. Bu addımlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin "Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında" fərman imzalaması oldu. Biz gənclər vətənə xidmətdə sədaqətlə ölkə rəhbərliyinin siyasətinin tam dəstəkləyirik. Əlimizdən gələni edəcəyik ki, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində həyata keçirilən bütün proseslərdə yaxından iştirak edək".

sia.az

Digər xəbərlər