PDF Oxu

Siyasət

  • 26

Bünyamin Bünyadzadə: Biz gənclərin dövlətimizin başçısı İlham Əliyevi yenidən Prezident kürsüsündə görməyimiz üçün kifayət qədər əsaslarımız vardır

Bünyamin Bünyadzadə: Biz gənclərin dövlətimizin başçısı İlham Əliyevi yenidən Prezident kürsüsündə görməyimiz üçün kifayət qədər əsaslarımız vardır

Azərbaycan gəncləri bu il keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyəcəklər. Biz real faktlara əsaslanaraq bu fikirləri söyləyir və seçimimizdə qətiyik. Çünki bütün gənclər dövlətimizin başçısı İlham Əliyevin 20 illik müstəqillik tarixinə malik olan Azərbaycanı son on ildə Prezident kimi yeni-yeni qələbələrə aparan məqsədyönlü fəaliyyətindən tam razıdırlar. Artıq 10 ildir ki, İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatındakı sabitliyin təminatçısıdır, ölkədəki quruculuğun, inkişafın banisidir. Biz gənclərin İlham Əliyevi 2013-cü ildə yenidən Azərbaycanın Respublikasının Prezidenti kürsüsündə görməyimiz üçün kifayət qədər əsaslarımız vardır.

Bu sözləri Oğuzda keçirilən "Yay məktəbi"nin iştirakçısı, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı gənclər birliyinin üzvü, gənc yazıçı, Prezident təqaüdçüsü Bünyamin Bünyadzadə AzərTAc-a müsahibəsində demişdir.

Hər şeyin göz qabağında olduğunu vurğulayan YAP-ın gənc fəalı demişdir: "Biz Cənubi Qafqazda ən nüfuzlu ölkə kimi artıq bütün dünyaya səs salmışıq. Hazırda Gürcüstanda baş verən hadisələrə, Ermənistandakı ictimai-siyasi vəziyyətə nəzər salsaq görərik ki, ümumiyyətlə, bu ölkələrin bizimlə müqayisə olunması qeyri-mümkündür. Biz bütün sahələrdə onlardan qat-qat yüksək səviyyədə inkişaf edirik. Bu inkişaf təkcə neft sektorunun mövcudluğu ilə bağlı deyildir. Bu inkişaf, eyni zamanda, Azərbaycan xalqının, elm adamlarının, ziyalıların fədakarlığı, gənclərin potensialı nəticəsində mümkün olmuşdur. Qəti əminliklə demək olar ki, ölkəmizdə baş verən inkişafın, tərəqqinin reallaşmasında Prezident İlham Əliyevin əməyi əvəzedilməzdir. Bütün bunlar günümüzün reallıqlarıdır".

AzərTAc

Digər xəbərlər