PDF Oxu

Siyasət

  • 20

Valeh Ələsgərov: TAP layihəsi Avropa ölkələri üçün çox əhəmiyyətli olacaq

Valeh Ələsgərov: TAP layihəsi Avropa ölkələri üçün çox əhəmiyyətli olacaq

"Ümumiyyətlə, Avropa bazarı regionda ən böyük bazardır. Bu bazarın yaxın onilliklərdə təbii qaza olan tələbatı daha da artacaq. Ona görə də, Azərbaycan qazını Avropa bazarına çatdıran layihələr önəmlidir". Bu fikirləri yap.org.az saytına Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

V.Ələsgərov bildirib ki, TAP layihəsi iqtisadi və maliyyə cəhətdən daha mənfəətlidir. Buna görə də, müxtəlif variantlar arasından məhz bu layihəyə üstünlük verilib.

"Layihənin əsas əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan qazı ən əlverişli, təhlükəsiz və səmərəli yol ilə Avropa bazarına çatdırılacaq. Azərbaycan qazı yalnız Türkiyə, Yunanıstan və İtaliyaya yox, İtaliya vasitəsilə digər Avropa ölkələrinə nəql olunacaq. Ümumiyyətlə, bu layihə Avropa ölkələri üçün çox əhəmiyyətli olacaq"- deyə, vitse-spiker vurğulayıb.

yap.org.az

Digər xəbərlər