PDF Oxu

Siyasət

  • 15

Rasim Musabəyov: Azərbaycanın yeritdiyi düzgün xarici siyasət ermənilərin mövqelərini dağıtmağa başlayıb

Rasim Musabəyov: Azərbaycanın yeritdiyi düzgün xarici siyasət ermənilərin mövqelərini dağıtmağa başlayıb

"Ermənilər müəyyən xarici dairələrin və diasporlarının köməyi ilə hər zaman Azərbaycandan üstün mövqedə dayanacaqlarını düşünüblər. Ancaq Azərbaycanın yeritdiyi düzgün xarici siyasət bu mövqeləri dağıtmağa başlayıb". Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, beynəlxalq aləmdə Azərbaycan erməni lobbisini yerinə oturdur. Onun sözlərinə görə, son zamanlar bir sıra ölkələrin parlamentləri tərəfindən Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən sənədlər qəbul olunur.

"Ermənilər tarix boyu reallıqlarla barışıb, öz iddialarını cilovlamağı bacarmırlar. Nəticədə isə daha böyük itkilərə məruz qalırlar. Ölkəmizin keçirdiyi son hərbi paradda nümayiş olunan texnika və ordumuzun imkanları erməniləri öz iddialarından geri çəkilməyə vadar edə biləcək amillərdən biridir"- deyə, politoloq qeyd edib.

yap.org.az

Digər xəbərlər