PDF Oxu

Siyasət

  • 33

Xorvatiya Parlamentinin spikeri: “Bakıda iki tarixi hadisə qeyd ediləcək”

Xorvatiya Parlamentinin spikeri: “Bakıda iki tarixi hadisə qeyd ediləcək”

"Azərbaycan və Xorvatiya arasında güclü dostluq əlaqələri mövcuddur və bu əlaqələrin inkişaf etdirilməsində hər iki ölkə maraqlıdır". SİA-nın xəbərinə görə bunu Xorvatiya parlamentinin spikeri İosip Leko Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin sualını cavablandırarkən deyib.

İ.Leko səfərin təşkilinə görə, Azərbayacan Parlamentinə təşəkkürünü bildirib: "Azərbaycanda səfərdə olmaqdan çox məmnunam. Xüsusən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov tərəfindən qarşılanmağım məndə yüksək təəssürat yaratdı. Səfərin tam başlanğıcında nümayiş etdirilən bu diqqət ölkələrimiz arasında olan dostluq əlaqələrinin genişliyindən xəbər verir".

Spiker Azərbaycanda Xorvatiya üçün əhəmiyyətli olan iki tarixi hadisəni qeyd edəcəyini bildirib: "Bir neçə saat sonra Azərbaycan tərəfi ilə danışıqlar aparmaq imkanımız olacaq. Eyni zamanda Bakıda Xorvatiya üçün əhəmiyyətli olan iki mühüm tarixi hadisəni, Xorvatiyanın Avropa İttifaqına üzv qəbul edilməsi və dövlətçilik günümüzü qeyd edəcəyik. Bu şəraiti yaratdıqlarına görə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Parlamentinə təşəkkürümü bildirirəm".

sia.az

Digər xəbərlər