PDF Oxu

Siyasət

  • 24

Ziyafət Əsgərov: “Azərbaycan-Xorvatiya əlaqələri yüksələn xətlə inkişaf edir”

Ziyafət Əsgərov: “Azərbaycan-Xorvatiya əlaqələri yüksələn xətlə inkişaf edir”

"Azərbaycanla Xorvatiya arasında həm siyasi, həm iqtisadi, həm də humanitar münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında əlaqələrin inkişaf etməsində Xorvatiya prezidenti İvo Yosipoviçin keçən ilin martında Azərbaycana səfəri və bu ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfəri mühüm rol oynayıb". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin sualını cavablandırarkən deyib.

Z.Əsgərov vurğulayıb ki, Xorvatiya parlamentinin spikeri İosip Lekonun Azərbaycana səfəri parlamentlərarası əlaqələrin inkişafına çox böyük təkan verir: "Həm Xorvatiya, həm də Azərbaycan Parlamentində dostluq qrupları fəaliyyət göstərir. Çalışacağıq ki, dostluq qrupları arasında əlaqələr daha da genişlənsin. Bu baxımdan Xorvatiya parlamentinin spikeri İosip Lekonun Azərbaycana səfərini yüksək qiymətləndirirəm".

sia.az

Digər xəbərlər