PDF Oxu

Siyasət

  • 17

Musa Qasımlı: “Azərbaycanla əməkdaşlıq ABŞ-ın maraqlarına uyğundur”

Musa Qasımlı: “Azərbaycanla əməkdaşlıq ABŞ-ın maraqlarına uyğundur”

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycanda siyasi, iqtisadi və strateji maraqları var". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı ABŞ Konqresmenlərinin Prezident İlham Əliyevlə görüşünə və onların ölkəmizə göstərdiyi diqqətə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, Cənubi Qafqazın açar rolunu oynayan Azərbaycanla əməkdaşlıq ABŞ-ın maraqlarına uyğundur: "Bu maraqları təmin etmək üçün Amerika müxtəlif üsul və vasitələrdən istifadə edib. Bunlardan biri də qarşılıqlı səfərlər və konqresmenlərin görüşləridir. Bu mənada Dövlət başçısı İlham Əliyevlə keçirilən görüşü çox əhəmiyyətli hesab edirəm".

sia.az

Digər xəbərlər