PDF Oxu

Siyasət

  • 29

"Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

"Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

"Xorvatiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini ortaya qoyub. Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tanımaqda davam edəcək". SİA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Xorvatiya Parlamentinin sədri İosip Leko jurnalistlərə açıqlamasında deyib.

Spikerin sözlərinə görə, Xorvatiya Avropa Birliyinin üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun mövqeyini dəstəkləyir: "Xorvatiya heç vaxt birtərəfli referendum keçirmək cəhdlərini tanımayacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarıyıq. Xorvatiya bu məsələdə xarici siyasətini Avropa Birliyinin siyasətinə uyğun qurur".

Qeyd edək ki, Xorvatiya parlamentinin spikeri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, eləcə də akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət edib.

sia.az

Digər xəbərlər