PDF Oxu

Siyasət

  • 23

“Prezident Mükafatına layiq görülən gənclər bu etimadı doğruldacaq”

“Prezident Mükafatına layiq görülən gənclər bu etimadı doğruldacaq”

"Çox sevindirici haldır ki, gənclər siyasəti, ölkə gəncliyinin stimullaşdırılması ümumi inkişaf kursunun əsas istiqamətlərindən birinə çevrilib. Biz ölkə gəncliyi adından bizə göstərdiyi dəstəyə görə, Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk". Bunu SİA-ya Ağdam rayon YAP Gənclər Birliyinin sədri Amil Cavadov Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında sərəncama münasibət bildirərkən deyib.

A.Cavadov bu sərəncamı İlham Əliyevin ölkə gəncliyinə ənənəvi dəstəyinin davamı kimi qəbul edir: "Bildiyiniz kimi, bundan öncə də "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə" dövlət proqramı qəbul edilmişdi. Düşünürəm ki, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi bu humanist siyasətin davamıdır. Prezident Mükafatına layiq görülən gənclərin onlara göstərilən etimadı doğruldacağına, ölkəmizin adını daha da yüksəklərə qaldıracaqlarına əminəm".

sia.az

Digər xəbərlər