"Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən dinamik inkişaf edən ölkələrdən biri kimi öz mövqeyini qoruyub saxlamaqdadır". Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, dünyada, xüsusilə Avropa ölkələrində iqtisadi böhran hökm sürür. Onun sözlərinə görə, hələ bu böhrandan tam çıxış yolu tapıla bilməyib.
"Azərbaycan da dünyanın bir hissəsidir. Amma düzgün iqtisadi siyasətin həyata keçirilməsi ölkəmizi belə bir problemlərdən sığortalayır. Eyni zamanda, uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, Azərbaycan bəzi ölkələrin iqtisadiyyatına sərmayələr yatırmaqla onlara müəyyən qədər yardım edir"- deyə, Z.Səmədzadə vurğulayıb.
yap.org.az