PDF Oxu

Siyasət

  • 21

YAP Gənclər Birliyinin ofisində görüş keçirilib

YAP Gənclər Birliyinin ofisində görüş keçirilib

YAP Gənclər Birliyinin üzvləri "Beynəlxalq Gənc Siyasətçilər Məktəbi"nin iştirakçıları ilə görüşüblər

Dünən YAP Gənclər Birliyinin ofisində Azərbaycanda səfərdə olan "Beynəlxalq Gənc Siyasətçilər Məktəbi"nin iştirakçıları ilə görüş keçirilib. Görüşdə Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası və onun keçdiyi şərəfli yol, eləcə də, partiyanın gənclər birliyi haqqında qonaqlara geniş informasiya verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov YAP Gənclər Birliyinin ölkə daxilində keçirdiyi müxtəlif tədbir və layihələrlə yanaşı, beynəlxaql əlaqələrində qurulmasına böyük önəm verdiyini söylədi: " YAP Gənclər Birliyi ölkə daxilində keçirdiyi layihələrlə yanaşı beynəlxalq layihələrin keçirilməsi və beynəlxalq əlaqələrin qurulmasına da xüsusi önəm verir". Daha sonra tədbirdə çıxış edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova bildirib ki, Azərbaycan gəncləri ölkə daxilində olduğu kimi, beynəlxalq aləmdə də aktivdir və Azərbaycanın inkişafı, beynəlxalq aləmdə yerinin və rolunun möhkəmlənməsi, üçün intelekt və bacarığını əsirgəmirlər: "Azərbaycan gəncləri Prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bütün sahələrdə sürətlə inkişaf edirlər. Onlar Prezidentin gənclərə göstərdiyi etimadı doğrultmağa çalışırlar".

Qeyd edək ki, Azərbaycanda səfərdə olan "Beynəlxalq Gənc Siyasətçilər Məktəbi"nin iştirakçıları, Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi və AGAT-ın təşkilatçılığı ilə ölkəmizdə 5 günlük səfərdədirlər.

Cahid Süleymanov

Digər xəbərlər