PDF Oxu

Siyasət

  • 28

“Ermənistan cəmiyyətində hər hansı bir dözümlülükdən söhbət gedə bilməz”

“Ermənistan cəmiyyətində hər hansı bir dözümlülükdən söhbət gedə bilməz”

"Erməni tərəfinin Moldova Ombudsmanı Aureliya Qriqoriunun çıxışına reaksiyası bir daha göstərdi ki, erməni cəmiyyətində hər hansı dözümlülükdən söhbət gedə bilməz". SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan son vaxtlar Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün fəaliyyətini gücləndirib və bir neçə dövlət parlament səviyyəsində bu hadisəni soyqırımı kimi tanıyıb.

F. Məmmədov Moldova Ombudsmanından sonra beynəlxalq ictimaiyyətin və hüquq-müdafiə təşkilatlarının digər nümayəndələrinin də bu məsələyə öz prinsipial münasibətlərini ifadə edəcəklərinə ümid etdiyini bildirib: "Azərbaycan bu istiqamətdə işini gücləndirməlidir, çünki bu iş artıq effekt verir".

sia.az

Digər xəbərlər