PDF Oxu

Siyasət

  • 25

Bakıda “Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir

İyulun 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Qafqaz Strateji Araşdırmaları Mərkəzinin təşkilatçılığı, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu və Qafqaz İnkişaf Fondunun (Gürcüstan) dəstəyi ilə "Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

Dörd paneldən ibarət konfransda "Regional münaqişələrin tarixi zəminləri", "Regional münaqişələrdə təhlükəsizlik və geosiyasət məqamları", "Regional münaqişələrin dinamikasında etnik və dini amillər" və "Regional münaqişələrin iqtisadiyyatı" mövzularına dair məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

Konfransda 20-dən çox ölkədən 60-dan artıq rəsmi nümayəndə, diplomat, alim, ekspert, tarixçi və tədqiqatçı iştirak edir.

yap.org.az

Digər xəbərlər