PDF Oxu

Siyasət

  • 11

Hadi Rəcəbli: Yüksək intellektli gənclərin YAP-ın sıralarına qoşulması onların partiyamızın ideya və prinsipləri ətrafında birləşmək istəyi ilə bağlıdır

Hadi Rəcəbli: Yüksək intellektli gənclərin YAP-ın sıralarına qoşulması onların partiyamızın ideya və prinsipləri ətrafında birləşmək istəyi ilə bağlıdır

"Azərbaycan gəncliyi böyük potensiala malikdir. Eyni zamanda, YAP Gənclər Birliyinin timsalında ölkəmizdə yüksək intellektə malik gənclər ordusu formalaşıb". Bu fikirləri yap.org.az saytına Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, hazırda partıyamızın gəncləri bir sıra maraqlı layihələr həyata keçirirlər. Onun sözlərinə görə, bu layihələrdən biri də "Yay məktəbi"dir.

"Bu layihə çərçivəsində YAP Sədrinin müavini Əli Əhmədovla birlikdə Masallıda gənclərlə keçirdiyimiz görüş yüksək təəssürat yaratdı. Əminliklə söyləmək olar ki, Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsidir, dövlətçiliyimizin qorunmasında və inkişafında müstəsna rol oynayır. Eyni zamanda, Azərbaycan gəncliyinin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyəti çox təqdirəlayiqdir. Hesab edirəm ki, yüksək intellektli gənclərin YAP-ın sıralarına qoşulması onların partiyamızın ideya və prinsipləri ətrafında birləşmək istəyi ilə bağlıdır"- deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

yap.org.az

Digər xəbərlər