"Moldova ombudsmanı Aureliya Qriqoriunun Xocalı soyqırımının törədilməsində ermənilərin məsuliyyət daşıdığı barədə Ermənistan parlamentində səsləndirdiyi çıxışa görə təhdid olunması terrorçulardan ibarət hökümətin iç üzünü bir daha ortaya qoydu. Ombudsmanın çıxışı tam həqiqətə uyğundur". Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib.
F.Muradov bildirib ki, Ermənistan hakimiyyəti terrorçulardan ibarət olduğu üçün onlar moldovalı qadına hər an təcavüz edə bilərdilər. Onun sözlərinə görə, hətta ona böhtanlar atılması da mümkündür.
"Ermənistandakı terrorçu hakimiyyət yaxın tarixdə çox belə hadisələr törədib. Buna əl atmaq onlar üçün problem deyil. Aureliya Qriqoriunun həyatı təhlükə altındadır. Beynəlxalq təşkilatlar tez bir zamanda bu biabırçı faktla bağlı münasibətini bildirməlidir"-deyə, F.Muradov qeyd edib.
yap.org.az