PDF Oxu

Siyasət

  • 26

"Gənclərin seçki hazırlığı - seçki prosesi" mövzusunda təlim keçirilib

"Gənclərin seçki hazırlığı - seçki prosesi" mövzusunda təlim keçirilib

Gənclər üçün təcrübə və bilik mənbəyi olan "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" II Oğuz turunun ikinci günü bir-birindən maraqlı proqramlarla davam edir. SİA-nın xəbərinə görə, gənclər səhər yeməyindən sonra "İce breaker" oyununda iştirak ediblər.Daha sonra "Gənclərin seçki hazırlığı - seçki prosesi" mövzusunda təlim keçirilib. Təlimçi YAP GB-nin Layihələr üzrə kordinatoru Leyla Kərimova bildirilib ki, hər bir dövlətin mütərəqqi inkişafının əsasında seçkilərin demokratikliyi, şəffaflığı dayanır: "Bu gün Azərbaycanda dünya standartlarına uyğun, tam demokratik seçki keçirilir. Bunu seçki prosesini izləyən beynəlxalq müşahidəçilər də dəfələrlə vurğulayıblar. Ancaq Azərbaycan daim yeniliyə, müasirliyə can atan ölkə olduğu üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə çalışır. Bütün bunlar Azərbaycanın seçkilərin demokratik keçirilməsində nə qədər maraqlı olduğunu təsdiqləyir. Eyni zamanda yeniliyi, müasirliyi yüksək dəyərləndirən Azərbaycan gəncləri seçkilərin yüksək fəallıq şəraitində keçməsi üçün ciddi səylər göstərir, ən layiqli namizədin qələbəsini təmin etmək üçün öz seçki hüquqlarından səmərəli istifadə edərək ona dəstək olurlar".Daha sonra təlimçi L.Kərimova gənclərə seçki prosesində iştirak zamanı şüarların hazırlanması barədə geniş məlumat verib."Seçkidə" praktiki oyununa hazırlaşmaları üçün qruplara 15 dəqiqə ərzində namizdlərini seçmək və şüarlarını hazırlamaları tapşırılıb."Seçkidə" praktiki oyun zamanı komandalar 5 dəqiqə ərzində namizədləri ilə çıxış ediblər.Çıxışlarını təqdim edən komandalar "İlhamla İrəli", "Güclü Lider", "Qələbə" qruplarına bölünən gənclər oyunun qalibi olmaq uğrunda bütün bacarıqlarını ortaya qoyublar. Komandaların namizədlərinin çıxışları münsiflər heyətinin üzvləri, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı , YAP-ın Mərkəzi Aparatının əməkdaşı Emil Abbasov, YAP GB Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tərəfindən qiymətləndirilib.Münsiflər heyətinin qərarından sonra "Qələbə" komandası yenə də güclü olmağı bacarıb.Sonda seçki prosesinin əhəmiyyəti, ölkənin inkişafında, tərəqqisində rolu barədə fikir mübadiləsi aparılıb. Öz fikirlərini səsləndirən gənclərimiz vurğuladılar ki, Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, onun yenidən Prezident seçilməsinə dəstək olacaqlar. Nəinki Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvünün, ümumilikdə xalqımızın böyük əksəriyyətinin yeganə namizədi olan cənab İlham Əliyevin seçkilərdə qələbəsi şəksizdir. Bu inama əsas verən amil isə dövlət başçısı İlham Əliyevin son 10 ildə gördüyü işlər, Azərbaycanın uğurlarıdır.

sia.az

Digər xəbərlər