Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır. SİA-nın məlumatına görə, bu münasibətlə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi və nazirliyin əməkdaşları Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Nazir Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyevin məzarı önünə əklil qoyub, ona ehtiramlarını bildiriblər.
Daha sonra nazirlik əməkdaşları Şəhidlər Xiyabanında olublar.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 9 iyul tarixi Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
yap.org.az