PDF Oxu

Siyasət

  • 18

TürkPA-nın baş katibi Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin ümumi sessiyasında iştirak edəcəkdir

TürkPA-nın baş katibi Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin ümumi sessiyasında iştirak edəcəkdir

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov iyulun 9-dan 12-dək Bolqarıstanın paytaxtı Sofiyada səfərdə olacaqdır.

TürkPA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) 41-ci ümumi sessiyasında iştirak etməkdir.

TürkPA ötən ilin noyabrından QİƏT PM-in tədbirlərində rəsmi müşahidəçi statusu ilə iştirak edir.

QİƏT PM-nin sessiyasının gündəliyinə "QİƏT regionunda əməkdaşlıq", "QİƏT-ə üzv ölkələr arasında dənizdə xilasetmə əməliyyatlarında əməkdaşlığın inkişafı", "QİƏT Qara dəniz regionunda: 20 illik regional əməkdaşlıq", "QİƏT-ə üzv dövlətlərini universitetləri arasında aspirantura səviyyəsində əməkdaşlığın perspektivləri və faydaları" və digər məsələlər daxil edilmişdir.

Səfər çərçivəsində Ramil Həsənovun QİƏT PM-nin baş katibi Kirilo Tretiak və Türkiyə nümayəndə heyətinin üzvləri ilə görüşləri nəzərdə tutulmuşdur.

AzərTAc

Digər xəbərlər