PDF Oxu

Siyasət

  • 18

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı artmışdır

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı artmışdır

ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupuna yeni konqresmenlər qoşulmuşlar.

Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, son vaxtlar Şimali Karolina ştatından konqresmen Mark Medovs, Oklahoma ştatından Cim Braydenstayn və Texas ştatından Filemon Velanın işçi qrupuna üzv olmuşlar. Bununla da 113-cü çağırış ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı 46-ya çatmışdır.

AzərTAc

Digər xəbərlər