"Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda verdiyi bəyanat onu göstərir ki, insan hüquqları üzrə ixtisaslaşmış qurumlar bu hadisəyə artıq öz fikirlərini bildirirlər". Bu fikri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
F.Məmmədov bildirib ki, son vaxtlar Azərbaycan Xocalı soyqırımının tanıdılması istiqamətində fəaliyyətini daha da gücləndirib. Onun sözlərinə görə, artıq bir neçə ölkənin parlamentləri səviyyəsində bu hadisə soyqırımı kimi tanınıb. Amma bu hadisəyə məhz Ermənistanın paytaxtında fikir bildirilməsi və ermənilərin belə aqressiv reaksiyası bir daha onu göstərdi ki, bu cəmiyyətdə hələ də problemlər mövcuddur və hər hansı dözümlülükdən söhbət gedə bilməz.
SAM-ın direktoru Moldova ombudsmanından sonra daha çox insanın bu hadisəyə prinsipial mövqe bildirəcəyinə ümidvar olduğunu deyib: "Azərbaycan bu istiqamətdə işini gücləndirməlidir, çünki bu səylər artıq öz bəhrəsini verir".
yap.org.az