PDF Oxu

Siyasət

  • 21

Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb

Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb

"Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub". Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, cəmiyyət üzvləri Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirmiş, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirmişlər. Onun sözlərinə görə, bütün bunlardan əlavə, ölkə gəncliyi, onlara qarşı olan diqqət və qayğı da, YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur.

"Məhz YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və bütün ölkəmizin bölgələrindən olan gəncləri əhatə edən "Yay məktəbi" layihəsi artıq ənənəyə çevrilib. Hər il təşkil olunan layihə gənclər tərəfindən böyük maraqla qarşılanır. 2007-ci ildən həyata keçirilən "Yay məktəbi" bu il iştirakçıların sayı ümumilikdə 600 nəfərə qədər olmalıdır. Layihənin məqsədi isə gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas, münasibət qurmaları, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkilidir. Eyni zamanda, gənclərlə iş baxımından da, bu layihənin əhəmiyyəti xüsusi qiymətləndirilməlidir. Çünki Yeni Azərbaycan Partiyasının bu layihəsi dövlətin gənclərə olan diqqəti ilə yanaşı, onların asudə vaxtının, digər maraqlarının da daim nəzərdə olduğunu nümayiş etdirir. Mən Masallıda təşkil olunmuş tədbirdə bir daha şahidi oldum ki, belə layihələr gənclərin inkişafına nə dərəcədə müsbət təsir göstərir. İnanıram ki, partiyamız gələcəkdə də bu layihələrə ciddi şəkildə dəstək verəcək"- deyə, S.Hüseynova qeyd edib.

yap.org.az

Digər xəbərlər