Əfqanıstan İslam Respublikasının daxili işlər naziri ordu generalı Qulam Mujtaba Patangın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində iyul ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilmişdir.Görüşdə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilmiş, qarşılıqlı əməkdaşhğın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası və "Sərhədçi" İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.