"Azərbaycan dövləti əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətini uğurla davam etdirir. Ölkə Prezidentinin sərəncamları əsasında dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqlarının artırılması bu faktın əyani göstəricisidir". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdən biridir və bu, ölkə Konstitusiyasında da təsbit olunub. Onun sözlərinə görə, Azərbaycanda hər il dövlət büdcəsində sosial məqsədlər üçün kifayət qədər vəsait ayrılır.
"Bu il təhsil və səhiyyə işçilərinin əməkhaqlarının, təqaüdlərin artırılması gözlənilir. Bu, bu barədə qərar vermək ölkə başçısının səlahiyyətindədir. Ümumilikdə, bu istiqamətdə görülən işlər əhalisi tərəfindən yüksək dəyərləndirilir"- deyə M.Quliyev vurğulayıb.
yap.org.az