Bakının ətraf kənd və qəsəbələrində sahibkarlara güzəştli kreditlərin verilməsi müsbət nəticələrini verir. Bu fikri İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.
Ş.Abdullayev bildirib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası dövründə müvəkkil kredit təşkilatları vasitəsilə Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 536 investisiya layihəsinin maliyyələşdirilməsinə 129,7 milyon manat güzəştli kreditlər verilib.
"Bu layihələrin reallaşması 4600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir"- deyə, icraçı direktor qeyd edib.
yap.org.az